Vakansiyalar

  • Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Satış təmsilmisi – Mətbəx mebeli” vakansiyası elan edir.

     

    Vəzifə barədə məlumat:

    • Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
    • Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
    • Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
    • Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
    • Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçünün götürülməsi və dizayn xidmətinin göstərilməsi
    • Ödəmə şərtləri və endirimlərin razılaşdırılması
    • Hər bir mebel modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi.

     

    Şərtlər:

    -AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;

    -Həftə ərzində 6 iş günü, istirahət- bazar günü

    -İş saatı: 10:00-19:00

    Tələblər:

    -Ali təhsil  

    -Mətbəx mebelinin satış sferasında minimum 1-3 il iş təcrübəsi arzu olunandır;

    -Dil bilgiləri: Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;

    -Planlaşdırma, analiz və idarəetmə bacarığı;

    -AutoCAD və 3Ds max proqramların biliyi.

     

    Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Mətbəx mebeli”sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    CVniz yükləndi

Daxil ol

E-poçt və şifrənizi daxil edin.

Qeydiyyat

E-poçt və şifrənizi daxil edin.

Şifrəmi unutdum

E-poçt və şifrənizi daxil edin.